`Lotu Quli`nin azadlıqda İLK FOTOSU
17:07 26 Oktyabr 2017
Azadlığa çıxmış “qanuni oğru” Nadir Səlifov (Lotu Quli) İstanbuldadır.
Femida.az Virtualaz.org-a istinadən Nadir Səlifovun azadlığa çıxdıqdan sonrakı ilk fotoşəklini təqdim edir. Şəkildə kriminal avtoritet qardaşı, “qanuni oğru” Namiq Səlifovla yanaşı durub.
Xatırladaq ki, Lotu Quli həbsxanada 20 ildən çox vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Məhbəsdə olduğu vaxtda N.Səlifov uzun illər Gürcüstana ekstradisiyasına nail olmağa çalışıb.
Oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsi vəkilin N.Səlifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətini təmin edib. Qeyd edək ki, azadlığa çıxdığı gün N.Səlifov Gürcüstana getmişdi.
Femida.az
Oxunub: 9691
Oxşar xəbərlər
- `Lotu Quli`nin qohumuna hökm oxunub
- `Lotu Quli`nin qohumunun məhkəməsi olub
- `Lotu Quli` Gürcüstana gedib
- `Lotu Quli`nin kirvəsinin məhkəməsi - Polis ifadə verdi
- `Lotu Quli`nin yeznəsi AZADLIQDA
- `Lotu Quli`nin qohumuna hökm oxundu - 9 il
- `Lotu Quli` yeznəsinin məhkəməsinə jurnalistlər buraxılmadı
- `Lotu Quli`nin yeznəsinin məhkəməsi başlayır
- `Lotu Quli` üçün həbsxanada təmtəraqlı ad günü
- `Lotu Quli`nin adamları saxlanıldı - SİYAHI